Xəzər Xəbər

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olur YENİLƏNƏCƏK

İdman | 09:33 • 18 Dekabr 2023
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olur

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

Xezerxeber.az xəbər verir ki, AL-in pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində başlayacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının 8 qrupunun birinciləri ilə birləşəcək.

Fevralın 15-i və 22-nə nəzərdə tutulan oyunlarda “Qarabağ”ın ilk matçı səfərdə baş tutacaq.

“Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Ukrayna).

Xəbər lenti