UEFA prezidenti Aleksander Çeferin hazırkı vəzifəsində 2031-ci ilədək qalmaq üçün qurumun nizamnaməsinə dəyişiklik etməyi planlaşdırır.
Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, UEFA İcraiyyə Komitəsinin Almaniyanın Hamburq şəhərində keçirilmiş iclasında təklif edilib.
Mümkün düzəliş quruma üzv olan 55 ölkənin Parisdə təşkil olunacaq konqresində səsverməyə çıxarılacaq.
Qeyd edək ki, 56 yaşlı funksioner 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir. Hazırkı nizamnaməyə görə, A. Çeferinin səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq.