UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə “Molde” və “Qarabağ” komandaları arasında keçiriləcək V tur oyununa təyinatlar açıqlanıb.
Xezerxeber.az xəbər verir ki, “Molde” stadionunda oynanılacaq qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Erik Lamrextsə Jo de Veyrdt və Kevin Monteni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.
VAR hakimi fransalı Benua Miyo, onun köməkçisi isə belçikalı Yan Boterberq olacaq.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.