Xəzər Xəbər

Avropa Liqası: Ağdamın “Qarabağ” klubu növbəti oyununu keçirib

İdman | 00:52 • 27 Oktyabr 2023
Avropa Liqası: Ağdamın “Qarabağ” klubu növbəti oyununu keçirib

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, Ağdam klubu H qrupundakı üçüncü matçında Almaniyada “Bayer”lə qarşılaşıb. “Bay Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:1.

Bu qələbə ilə xallarının sayını 9-a çatdıran “Bayer” vahid lider olub. Altı xalı olan “Qarabağ” ikinci sırada yer alıb.

Qeyd edək ki, H qrupunun digər oyununda Norveçin "Molde" komandası doğma meydanda İsveçin "Hekken" klubuna eyni hesabla qalib gəlib - 5:1.

“Qarabağ” qrupda növbəti matçını noyabrın 9-da Bakıda “Bayer”ə qarşı keçirəcək.

Xəbər lenti

Çox oxunanlar