Xəzər Xəbər

“Yuventus” “Milan”ı məğlub edib

İdman | 09:17 • 23 Oktyabr 2023
“Yuventus” “Milan”ı məğlub edib

İtaliya A seriyasının 7-ci turunda "Milan" "Yuventus"u qəbul edib.

Xezerxeber.az xəbər verir ki, "San Siro" stadionunda keçirilən İtaliya derbisində Turin təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. 63-cü dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli Timoti Veanın ötürməsi ilə hesabı açıb, qonaqları önə keçirib.

Qeyd edək ki, bu matçın nəticəsindən sonra "Milan" A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Yuventus” 9 oyundan sonra 20 xalla üçüncü pilləyə yüksəlib. Çempionatın lideri 9 görüşdən 22 xalla "İnter"dir.

Xəbər lenti