Xəzər Xəbər

Çempion şahmatçılarımız Vətənə QAYITDI FOTO

İdman | 17:26 • 17 Oktyabr 2023
Çempion şahmatçılarımız Vətənə QAYITDI

İtaliyanın Sardiniya adasında keçirilmiş 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatında tarixi nəticə qazanan Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı Vətənə qayıdıblar.

Xezerxeber.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) I vitse-prezidenti Faiq Həsənov, AŞF İcraiyyə Komitəsinin üzvü Cahangir Agarəhimov, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Rapid və blits yarışlarında müvafiq olaraq Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gövhər Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub.

 

Xəbər lenti