Xəzər Xəbər

Türkiyə millisi Avro-2024-ün final mərhələsinə vəsiqə qazandı

İdman | 01:09 • 16 Oktyabr 2023
Türkiyə millisi Avro-2024-ün final mərhələsinə vəsiqə qazandı

Bu gün Avro-2024-ün seçmə mərhələsində 8-ci tura start verilib.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 oyun keçirilib.

D qrupunun lideri Türkiyə millisi öz meydanında autsayder Latviya ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 16-ya yüksəldərək liderliyi qoruyan Türkiyə millisi son turun nəticəsindən asılı olmayaraq Avro-2024-ün final mərhələsinə vəsiqə qazanıb.

Bu qrupun digər oyununda Xorvatiya Uelsin qonağı olub və 1:2 hesabı ilə uduzub.

Xatırladaq ki, İ qrupunda bu gün keçirilməli olan İsrail - Kosovo matçı təxirə salınıb. İsraillə Fələstin arasında gedən müharibəyə görə UEFA bu qərarı verib.

Xəbər lenti

Çox oxunanlar