Xəzər Xəbər

Azərbaycan millisi Estoniya seçməsini məğlub etdi

Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb
İdman | 22:15 • 13 Oktyabr 2023
Azərbaycan millisi Estoniya seçməsini məğlub etdi

Futbol üzrə Azərbaycan milli komandası “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, yığmamız F qrupundakı beşinci matçında Estoniya seçməsinin qonağı olub. Tallindəki “Le Kok Arena”da oynanılan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə ediblər.

Görüş Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 9-cu dəqiqədə Toral Bayramov açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 4-də yüksəldən Azərbaycan yığması dördüncü pillədə qərarlaşıb. Bir xalı olan Estoniya millisi isə sonuncudur.

Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.

Xəbər lenti