Xəzər Xəbər

Dünyanın ən bahalı milli komandaları açıqlanıb SİYAHI

İdman | 18:30 • 12 Oktyabr 2023
Dünyanın ən bahalı milli komandaları açıqlanıb

“Transfermarkt” nəşri dünyanın futbol üzrə ən dəyərli 30 milli komandasını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, siyahıya 1,32 milyard avro dəyərində heyəti olan İngiltərə yığması başçılıq edir.

Fransa millisi (1,06) ikinci, Portuqaliya seçməsi (998 milyon avro) üçüncü sırada qərarlaşıb.

Türkiyə yığmasının oyunçularının ümumi dəyəri isə 247.6 milyon avrodur. “Ay-ulduzlular” bu göstərici ilə 24-cü pillədə yer alıb.

Ən dəyərli milli komandaların ilk “onluğ”u

1.İngiltərə - 1,32 milyard avro

2. Fransa – 1,06 milyard avro

3. Portuqaliya – 998 milyon avro

4. Braziliya - 940 milyon avro

5. İspaniya – 820,5 milyon avro

6. Argentina – 798,5 milyon avro

7. İtaliya - 775,5 milyon avro

8. Almaniya – 774,5 milyon avro

9. Niderland – 438,5 milyon avro

10. Norveç – 437,45 milyon avro

Xəbər lenti

Çox oxunanlar