Futbol üzrə Azərbaycan Premyer Liqasında dövrənin sonuncu - IX turunun son oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, günün mərkəzi matçında "Qarabağ" "Neftçi"nin qonağı olub.
Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın ilk qolunu 46-cı dəqiqədə Juninyo vurub. 88-ci dəqiqədə isə Redon Cica fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" birinci pilləyə yüksəlib. "Ağ-qaralar" isə 12 xalla beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"a (2:1), "Səbail" "Qəbələ"yə (1:0) qalib gəlib. "Sabah" - "Araz-Naxçıvan" (1-1) qarşılaşmasında isə qalib müəyyənləşməyib.