Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş istefa verib.
Bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Bildirilib ki, 71 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsində İsveçrə təmsilçisi “Luqano”ya İstanbuldakı 2:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. O, klubun prezidenti Ahmet Nur Çebi ilə görüşərək, istəyini bildirib.
Rəhbərlik isə bunu müsbət cavablandırıb.
Qeyd edək ki, Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ın “sükanı arxasına" keçmişdi.