Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ikinci matçına çıxıb.
Xezerxeber.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk səfər matçında “Hakken”lə görüşüblər və “Qarabağ” qrupda ardıcıl ikinci qələbəsini qazanıb. İlk oyunda “Molde”ni bir qolla yenən çempionumuz Skandinaviyanın digər təmsilçisini də itkisiz keçib.
Qeyd edək ki, qrupun digər qarşılaşmasında “Molde” “Bayer”i qəbul edib və qonaq komanda 2:1 hesabı ilə qalib gəlib.
Avropa Liqası, qrup mərhələsi
II tur, H qrupu
5 oktyabr
23:00. “Hakken” (İsveç) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Juninyo, 70