“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında iştirak edib.
Xezerxeber.az xəbər verir ki, əcnəbi jurnalistlərdən biri çalışdırıcıya “Ermənilər hazırda Qarabaği tərk edir, bu sizə təsir edir?” sualını verib.
Qurbanov onun sualına belə cavab verib:
“Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün oradakı insanlar könüllu olaraq öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələrin çox yaxşı yola salırlar. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Hamı bilir ki, biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, qarşılaşma “Ullevi” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.