Xəzər Xəbər

Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə, “Real Madrid” “Napoli”yə qarşı oynayacaq

İdman | 10:58 • 3 Oktyabr 2023
Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə, “Real Madrid” “Napoli”yə qarşı oynayacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun matçlarına start veriləcək.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə dörd qrupda səkkiz qarşılaşma baş tutacaq.

A qrupunda mübarizə aparan Türkiyə “Qalatasaray”ı İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. Bu qrupun digər matçında “Kopenhagen” klubu Danimarkada Almaniya “Bavariya”sını qəbul edəcək.

B qrupunda İngiltərə “Arsenal”ı Fransada “Lans”la, İspaniya “Sevilya”sı isə Niderlandda PSV ilə qarşılaşacaq.

C qrupunda Almaniya “Union”u evdə Portuqaliya təmsilçisi “Braqa”nı sınağa çəkəcək. Gecənin ən maraqla gözlənilən oyunlarından biri İtaliyada “Napoli” ilə İspaniya “Real Madrid”i arasında keçiriləcək.

D qrupunda isə Avstriya “Zaltsburq”u İspaniya “Real Sosyedad”ını, İtaliya “İnter”i isə Portuqaliya “Benfika”sını qəbul edəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, II tur

3 oktyabr

A qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)

23:00. "Kopenhagen" (Danimarka) - "Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 3, "Qalatasaray" - 1, "Kopenhagen" - 1, "Mançester Yunayted" - 0

B qrupu

23:00. “Lans” (Fransa) - “Arsenal” (İngiltərə)

23:00. PSV (Niderland) - “Sevilya” (İspaniya)

Xal durumu: "Arsenal" - 3, "Lans" - 1, "Sevilya" - 1, PSV - 0

C qrupu

20:45. “Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya)

23:00. "Napoli" (İtaliya) - "Real" (İspaniya)

Xal durumu: "Napoli" - 3, "Real" - 3, “Braqa” - 0, “Union” - 0

D qrupu

20:45. “Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya)

23:00. “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)

Xal durumu: “Zaltsburq” - 3, “İnter” - 1, “Real Sosyedad” - 1, “Benfika” – 0

Qeyd edək ki, II turun digər matçları oktyabrın 4-də keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar