Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olacaq.
Ağdam təmsilçisi püşatmada ikinci səbətdə yer alacaq.
Qeyd edək ki, tədbir Bakı vaxt ilə saat 15:00-da baş tutacaq.
Avropa Liqası
Qrup mərhələsi
I səbət: “Vest Hem” (İngiltərə), “Liverpul” (İngiltərə), “Roma” (İtaliya),“Ayaks” (Niderland), “Vilyarreal” (İspaniya), “Bayer 04” (Almaniya), “Atalanta” (İtaliya), “Reyncers” (Şotlandiya)
II səbət: “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), LASK (Avstriya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan)
III səbət: “Molde” (Norveç), “Brayton” (İngiltərə), “Şerif” (Moldova), “Union” (Belçika), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Makkabi” (Hayfa, İsrail), “Şturm” (Avstriya)
IV səbət: “Tuluza” (Fransa), AEK (Yunanıstan), “Baçka Topola” (Serbiya), “Servett” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Rakuv” (Polşa), “Aris” (Kipr), “Haken” (İsveç)