Xəzər Xəbər

“Qarabağ”ın oyunu yenidən “İdman TV”də YAYIMLANACAQ/YENİLƏNİB

İdman | 16:15 • 30 Avqust 2023
“Qarabağ”ın oyunu yenidən “İdman TV”də

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Olimpiya" qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi, “CBC Sport”da deyil, AzTV və “İdman” TV-də canlı yayımlanacaq.

Qol.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

"Qarabağ" bu müddət ərzində "CBC Sport" kanalına göstərdiyi texniki dəstəyə görə təşəkkür edib.

16:15

UEFA Avropa Liqasının pley-off mərhələsində baş tutacaq “Qarabağ” – “Olimpiya” oyunu “İdman TV”də yayımlanacaq.

Matçın əvvəlcədən “CBC Sport” vasitəsilə nümayiş etdiriləcəyi bildirilsə də, yayım yenidən “İdman TV”yə verilib.

Qeyd edək ki, “Qarabağ”ın səfərdə “Olimpiya”ya 2:0 hesabı ilə qalib gəldiyi matçın yayımı zamanı problemlər ortaya çıxmışdı. Qarşılaşmanın “İdman TV”də yayımlanacağı deyilsə də, kanal yalnız 69-cu dəqiqədən etibarən Sloveniyadan canlı yayım vermişdi. (trend)

Xəbər lenti

Çox oxunanlar