Xəzər Xəbər

Millimizin hücumçusu karyerasını Türkiyədə davam etdirə bilər

İdman | 12:38 • 26 Avqust 2023
Millimizin hücumçusu karyerasını Türkiyədə davam etdirə bilər

Azərbaycan millisinin və İsveçrənin “Qrasshopper” komandasının futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Xezerxeber.az yerli mətbuata istinadən xəbər verir ki, Superliqada çıxış edən “Konyaspor”, “Sivasspor” və “Qaziantep” klubları 24 yaşlı hücumçunun xidmətində maraqlıdırlar.

Hətta Sivas və Qaziantep təmsilçilərinin azərbaycanlı forvard üçün “Qrasshopper”ə təklif göndərdiyi iddia olunub.

Qeyd edək ki, Renat Dadaşov 2022-ci ilin yayından İsveçrə klubunun formasını geyinir. O, daha əvvəl Almaniyanın “Ayntraxt”, “Leyptsiq”, Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela” və İngiltərənin “Vulverhempton” klublarının şərəfini qoruyub.

Xəbər lenti