Xəzər Xəbər

Millimizin sabiq futbolçusu vəfat edib

İdman | 15:37 • 25 Avqust 2023
Millimizin sabiq futbolçusu vəfat edib

Azərbaycan millisinin sabiq futbolçusu, son olaraq “Səbail”də çalışmış Şəhriyar Rəhimov dünyasını dəyişib.

Klubdan verilən məlumata görə, veteran müdafiəçi 34 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.

Xəbər lenti