Xəzər Xəbər

Çinli atlet Bakıda dünya rekordu vurdu

İdman | 17:47 • 22 Avqust 2023
Çinli atlet Bakıda dünya rekordu vurdu

Gümüş medala Fransadan olan atlet yiyələnib. Klement Bessaq 30 dəqiq atışla diqqət çəkib. 24 dəqiq atışla bürünc medal qazanmağını Almaniyanı təmsil edən Florian Peter bayram edib.

Xezerxeber.az xəbər verir ki, komanda yarışında isə Çin birinci, Almaniya ikinci, Koreya üçüncü olub.

Bu yarışda finala yüksəlmiş Çin, Estoniya, Yaponiya, Ukrayna komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına iştirak üçün lisenziya qazandırıblar.

Çinli Yi Yuehonq yarış başa çatandan sonra qalibiyyətlə bağlı təəssüratlarını bölüşüb:

“Arzularım yerinə yetdi. Bu uğuru xəyal edirdim. Özümü çox xoşbəxt hiss edirəm. Yarış mənim üçün çox yaxşı keçdi. Bu, ilk dünya çempionluğumdur. Komanda şəklində bu uğura nail olmuşduq, amma fərd olaraq mənim üçün ilkdir”.

Mümkün 40 hədəfdən 39-unu dəqiq nişan alan 33 yaşlı atıcı növbəti hədəfindən də danışıb:

“Mənim üçün dünya çempionatında çıxış etmək çox vacibdir. Qızıl medalla dünya rekordu arasında fərq qoya bilmərəm. Bu uğurdan sonra məqsədim Paris-2024 Olimpiadasında “qızıl” olacaq. Amma çox çətin görünür. İndiyə qədər olimpiadalarda iki dəfə bürünc medal qazanmışdım, bu dəfə qızıl medal üçün mübarizə aparacağam”.

Xəbər lenti

Çox oxunanlar