Xəzər Xəbər

Aylıq gəliri 86 milyon olan futbolçu BU ADDIMI İLƏ TƏƏCCÜBLƏNDİRDİ FOTO

İdman | 16:00 • 3 Avqust 2023
Aylıq gəliri 86 milyon olan futbolçu BU ADDIMI İLƏ TƏƏCCÜBLƏNDİRDİ

Normalda futboçuları fantastik qiymətə malik lüks avtomobillərdə görməyə öyrəşmişik.

Xezerxeber.az xəbər verir ki, "Qalatasaray"ın belçikalı futbolçusu Dris Mertens isə İstanbulun Nişantaşı səmtində elektriki skuter idarə edərkən görüntülənib.

Onun bu halı paparazzilərin gözlərindən yayınmayıb. Fotosu sosial şəbəkələrdə yayılan futbolçu müzakirələrə səbəb olub. Aylıq gəliri 2 milyon 900 min avro (təxminən 85 732 700 lirə) olan Dris Mertensin skuter idarə etməsi hər kəsin marağına səbəb olub.

O, telefonundakı proqramla skuteri işə salaraq onu sürüb. Futbolçu ətrafdakıların təəccübünə məhəl belə qoymayıb. (BAKU.WS)

Xəbər lenti