Xəzər Xəbər

Azərbaycan – Avstriya oyunu Bakıda təşkil olunacaq

İdman | 13:23 • 27 İyul 2023
Azərbaycan – Avstriya oyunu Bakıda təşkil olunacaq

Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Xezerxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan – Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər lenti

Çox oxunanlar