Xəzər Xəbər

"Qarabağ" səfərdə "Rakuv"a məğlub olub

İdman | 00:16 • 27 İyul 2023
"Qarabağ" səfərdə "Rakuv"a məğlub olub

Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin növbəti oyununa çıxıb.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.

Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Aris" (Kipr) - BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

Xəbər lenti

Çox oxunanlar