Xəzər Xəbər

Səudiyyə Ərəbistanı ulduz futbolçuların transferi üçün fantastik məbləğ ayırdı

İdman | 16:00 • 25 İyul 2023
Səudiyyə Ərəbistanı ulduz futbolçuların transferi üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanının İdman Nazirliyi 2030-cu ilədək ölkə çempionatında çıxış edən futbol klublarına ulduz oyunçuların transferi üçün 19,6 milyard vəsait ayırıb.

Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək Səudiyyə Ərəbistanı çempionatının klubları transferlərə 225 milyon avro xərcləyiblər.

Ən fəal “Əl-Hilal” (118 milyon avro), “Əl-Nəsr” (50 milyon), “Əl-İttihad” (29,1 milyon) və “Əl-Əhli” (18,5 milyon) klubları olublar.

Qeyd edək ki, Kriştiano Ronaldo, Kərim Benzema, Roberto Firmino və Eduard Mendi kimi ulduz futbolçular artıq Səudiyyə Ərəbistan çempionatında çıxış edirlər.

Xəbər lenti