Xəzər Xəbər

“Qarabağ” klubu Polşaya yollanıb FOTO

İdman | 12:31 • 25 İyul 2023
“Qarabağ” klubu Polşaya yollanıb

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün Polşaya yollanıb.

Xezerxeber.az xəbər verir ki, bu gün Ağdam təmsilçisinin “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq.

Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Xəbər lenti