Xəzər Xəbər

Qara Qarayevin “Qarabağ”dan gedişi RƏSMİLƏŞDİ/FOTOLAR

İdman | 14:11 • 24 İyul 2023
Qara Qarayevin “Qarabağ”dan gedişi

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Ağdam təmsilçisi Qara Qarayevlə vidalaşıb. Uzun müddətdir komandadan ayrılaraq “Neftçi”yə keçəcəyi gözlənilən 31 yaşlı yarımmüdafiəçinin “Qarabağ”dan gedişi rəsmiləşib. Qara karyerası ərzində yalnız yetirməsi olduğu  “Qarabağ”da forma geyinib.

"Futbolçu Feysbuk hesabında paylaşım da edib."

2008-ci ildən Ağdam təmsilçisinin əsas komandasının formasını geyinən 30 yaşlı yarımmüdafiəçi klub rəhbərliyinə, komanda yoldaşlarına, azarkeşlərə təşəkkür edib:

“Bu mesajım “Qarabağ” ailəsinədir! 18 il öncə “Qarabağ”ın akademiyasında seçimlərə qatıldığım gün yadımdadır. Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi! Mən bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə “Qarabağ”ın adını daim uca tutum və şərəflə xidmət edim.

İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman məni öz övladınız, qardaşınız kimi sahibləndiniz...

Futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarımı “Qarabağ”a borcluyam. Bütün azarkeşlərə, eləcə də “İmarət” və “Qarabağ ordu”ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir. Qarabağlı olaraq, “Qarabağ” daim ürəyimdə qalacaq.

Hörmətlə, Qara Qarayev".

Xəbər lenti

Çox oxunanlar