Xəzər Xəbər

PSJ-nin futbolçusunun evi qarət olundu

İdman | 14:09 • 21 İyul 2023
PSJ-nin futbolçusunun evi qarət olundu

PSJ-nin qapıçısı Canluici Donnarumanın Parisdəki evi qarət olunub.

Hadisə ötən gecə, 24 yaşlı qolkiper və sevgilisi evdə olarkən baş verib. Onlar cinayətkarların zorakı hərəkətlərinə məruz qalıblar. Evdən təxminən 500 min avro oğurlanıb.

Donnaruma və sevgilisi yaxınlıqdakı hotelə sığınmağı bacarıblar. Hotel işçiləri polis çağırıblar. Onların hər ikisi xəstəxanaya aparılıblar.

Mənbə: BBC

Xəbər lenti

Çox oxunanlar