Xəzər Xəbər

Azərbaycanlı futbolçu İrəvanda stadiondan foto paylaşdı

O, oyunun keçiriləcəyi stadionda məşqə çıxıb
İdman | 13:06 • 13 İyul 2023
Azərbaycanlı futbolçu İrəvanda stadiondan foto paylaşdı

Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Ararat"ın qonağı olacaq.

Xezerxeber.az xəbər verir ki, Albaniya təmsilçisi bu qarşılaşma üçün Ermənistana səfər edib.

Vüsal da komanda ilə birlikdə İrəvana gedib.

Milli komandamızın sabiq üzvü oyunun keçiriləcəyi stadionda məşqə də çıxıb. 

28 yaşlı yarımmüdafiəçi bununla bağlı instaqram hesabında paylaşım edib.

Qeyd edək ki, "Ararat" - "Eqnatia" görüşü bu gün Bakı vaxtilə saat 19:00-da start götürəcək.

 

Xəbər lenti