Xəzər Xəbər

Ermənistan idmançıları Bakıya gəlir AÇIQLAMA

İdman | 16:22 • 11 İyul 2023
Ermənistan idmançıları Bakıya gəlir

Ermənistan idmançıları Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak edəcəklər.

Xezerxeber.az “Sputnik Armenia"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Atıcılıq Federasiyasının baş katibi Areq Sarıbekyan məlumat verib.

O bildirib ki, Bakıdakı yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün iştirak edəcəklər.

A.Sarıbekyan idmançılarda əlavə təzyiq yaratmamaq üçün komandanın tərkibini açıqlamayıb.

Qeyd edək ki, dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək keçiriləcək. 

 

Xəbər lenti

Çox oxunanlar