Xəzər Xəbər

“Linkoln” komandası “Qarabağ” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib

İdman | 16:30 • 8 İyul 2023
“Linkoln” komandası “Qarabağ” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib

Cəbəllütariqin “Linkoln” komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Xezerxeber.az xəbər verir ki, komanda 22 futbolçu sifariş edib.

Heyətdə qapıçılar - Deyl Kolinq, İvan Villanueva, Nauset Santana, müdafiəçilər - Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano, yarımmüdafiəçilər - Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi, hücumçular - Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro və Xuan Penya yer alıblar.

Qeyd edək ki, “Qarabağ” klubu “Linkoln”a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.

Xəbər lenti

Çox oxunanlar