İyunun 3-də futbol üzrə Azərbaycan kuboku yarışlarının 2022-2023-cü illər mövsümünün qalibi müəyyənləşib.
Xezerxeber.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib.
"Bakcell Arena"da keçirilən görüşün əsas vaxtında komandalar qapılara yol tapa bilməyiblər. Buna görə də matç əlavə vaxtda davam edib. Matçın 102-ci dəqiqəsində "Qəbələ"dən İsnik Alimi penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb – 1:0. Oyunda başqa qol olmayıb və "Qəbələ" Azərbaycan kubokunun sahibi olub.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və assosiasiyanın baş katibi Sərxan Hacıyev iştirak ediblər.