Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilib.
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçı 3:3 hesablı bərabərliklə başa çatıb.
Matçdan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.
Qeyd edək ki, martın 26-da Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında da xeyriyyə oyunu keçirilib. Bakı Olimpiya Stadionunda təşkil olunan matçda İstanbul klubu 2:1 hesablı qələbə qazanıb. Bu görüşdən əldə olunan 1 milyon 90 min 455 manat Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndərilib.