"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan millisindəki karyerasını başa vurub.
Xezerxeber.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, artıq milli ilə vidalaşmalı və bütün fikrini "Qarabağ"ın matçlarına yönəltməli olduğunu bildirib.
Qeyd edək ki, braziliyalı futbolçu 2017-ci ildə milliləşdirilərək yığmamıza cəlb edilib. O, millimizdə 29 oyun keçirib və 3 qol vurub.