“Rakuv” komandası futbol üzrə Polşa Ekstraklasasında 2022-2023-ci il mövsümünün qalibi olub.
Xezerxeber.az xəbər verir ki, komanda ən yaxın izləyicisi “Legiya”nın XXXI turda xal itirməsindən sonra sona üç tur qalmış çempionluğunu təmin edib.
Komanda 71 xalla liderdir və “Legiya”nı 11 xal qabaqlayır.
Qeyd edək ki, 2019-2020-ci il mövsümündə əsas liqaya yüksələn "Rakuv" tarixində ilk dəfə Ekstraklasanın qalibi olub.