Napoli" İtaliya futbolunun A Seriyasının vaxtından əvvəl qalibi olub.
Xezerxeber.az-ın məlumatına görə, İtaliya çempionatının 33-cü turunun səfər matçında Neapol klubu "Udineze" ilə heç-heçə edib - 1:1.
Bunun sayəsində “Napoli” onun ardınca gələn komandan üçün əlçatmaz oldu. Komandanın 80 xalı var və çempionatın bitməsinə 5 tur qalmış ikinci yerdə qərarlaşan “Latsio”nu 16 xal qabaqlayır. Napoli” üçüncü dəfə İtaliya çempionu olub. Bundan əvvəl o, 1986/87 və 1989/90 mövsümlərində A Seriyasının qızıl medalını qazanmışdı.