Ağdamın “Qarabağ” futbol klubunun üzvü Toral Bayramov Türkiyə komandalarının diqqət mərkəzinə düşüb.
Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusilə “Qalatasaray” hazırda yarımmüdafiəçiyə ciddi maraq göstərir.
Klubun skautları T.Bayramovu mövsümün sonunadək izləməkdə davam edəcəklər. Artıq Ağdam klubu futbolçusuna qiymət də qoyub. Belə ki, futbolçunu heyətində görmək istəyən klub 1 milyon avrosundan keçməlidir.