Xəzər Xəbər

İbrahimoviç Azərbaycanla oyundan danışdı QOL OLACAQ

İdman | 17:00 • 26 Mart 2023
İbrahimoviç Azərbaycanla oyundan danışdı

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda Azərbaycan yığması ilə keçiriləcək oyunla bağlı danışıb.

Xezerxeber.az xəbər verir ki, 42 yaşlı forvard milimizlə oyunda qol şanslarının çox olacağını bildirib: "Sabahkı qarşılaşma tam fərqli olacaq. Çoxlu qol şanslarımızın olacağını düşünürəm. Şanslardan yararlanıb qollar vurmaq lazımdır. Necə ki, Belçika millisi bunu bizimlə oyunda etdi".

Qeyd edək ki, martın 27-də keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, seçmə mərhələnin ilk turunda İsveç Belçikaya 0:3 hesabı ilə uduzub. Azərbaycan yığması isə Avstriyaya məğlub olub - 1:4.

 

 

 

Xəbər lenti