Millimiz Avro-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb.
Xezerxeber.az xəbər verir ki, yığmamız Avstriyanın qonağı olub. Linzdəki “Raiffeisen Arena”da keçirilən meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında İsveç Belçikanı qəbul edib. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib. Romelu Lukaku het-trik edib.
Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək.
Xatırladaq ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda bundan əvvəlki 5 qarşılaşmada qalib gəlmişdi.