Portuqaliyalı hücumçu Kriştiano Ronaldo rekorda imza ataraq, milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.
Xezerxeber.az xəbər verir ki, 38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna ilk 11-də başlayıb. Bu, onun millidə 197-ci oyunudur. Oyunun 8-ci dəqiqəsində Joao Cancelonun fərqlənməsi ilə Portuqaliya 1:0 önə keçib. Hazırda oyun davam edir.
Ronaldo Portuqaliya millisinin tərkibində 2016-cı ildə Avropa çempionatının qalibi, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.