Almaniya millisinin sabiq futbolçusu 34 yaşlı Mesut Özil karyerasını başa vurduğunu açıqlayıb.
Xezerxeber.az xəbər verir ki, dünya şöhrətli türkiyəli futbolçu bu barədə rəsmi tviter hesabında paylaşım edib.
Təcrübəli oyunçu 17 illik karyerasını sonlandırdığını yazıb.
Qeyd edək ki, Mesut Özil Türkiyədə "Başakşehir", "Fənərbağça", Almaniya "Şalke", "Verder" İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" kimi klubların formasını geyinib.
Türkiyə karyerasına 2021-ci ildə "Fənərbaxça"da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.
Mesut Özil dünya çempionatı da daxil olmaqla, 11 kubok qazanıb.