Xəzər Xəbər

Gəncədə qidadan ZƏHƏRLƏNMƏ

Hadisə | 20:00 • 14 Aprel 2025
Gəncədə qidadan

Gəncədə üç qadın və bir azyaşlı olan dörd nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xezerxeber.az-ın məlumatına görə, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslərin 1990-cı il təvəllüdlü N.Cabbarova, 2007-ci il təvəllüdlü N.Quliyeva, 1988-ci il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı olduğu bildirilib.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar