Xəzər Xəbər

Azərbaycan Ordusunun qadın hərbçisi Kəlbəcərdə avtoqəzada ölüb

Hadisə | 17:12 • 14 Aprel 2025
Azərbaycan Ordusunun qadın hərbçisi Kəlbəcərdə avtoqəzada ölüb

Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, qəza Kəlbəcər ərazisində baş verib. (apa)

Xəbər lenti

Çox oxunanlar