Xəzər Xəbər

Restoranda müştərinin kartından oğurluq edən administrator saxlanılıb

Hadisə | 17:00 • 11 Aprel 2025
Restoranda müştərinin kartından oğurluq edən administrator saxlanılıb

Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.

Hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb. Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib. Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru - 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır. (APA)

Rubrikanın digər xəbərləri

Gəncədə qidadan
Gəncədə qidadan ZƏHƏRLƏNMƏ
20:00 • 14 Aprel 2025
İsmayıllıda
İsmayıllıda zəlzələ
20:13 • 12 Aprel 2025
Qubada torpaq sürüşməsi
Qubada torpaq sürüşməsi
11:53 • 12 Aprel 2025
Bakıda ağır qəza
Bakıda ağır qəza Xəsarət alanlar var
10:35 • 12 Aprel 2025
Vətəndaşların bank kartlarından
Vətəndaşların bank kartlarından Oğurluq
10:02 • 11 Aprel 2025
Gəncədə 6 nəfər tortdan zəhərləndi
Gəncədə 6 nəfər tortdan zəhərləndi Araşdırma başladı
09:20 • 11 Aprel 2025

Xəbər lenti