Xəzər Xəbər

Cəbrayılda hərbçi həlak olub, araşdırma aparılır

Hadisə | 10:55 • 7 Aprel 2025
Cəbrayılda hərbçi həlak olub, araşdırma aparılır

Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

Xəbər lenti