Bakıda boşanmaq istəyən həyat yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.
Xezerxeber.az bildirir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
O bildirib ki, aprelin 4-də Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.
Araşdırma aparılır.