Xəzər Xəbər

Fransadan Azərbaycana pul köçürmələri təxminən 90 % artıb

Hadisə | 18:20 • 22 Mart 2025
Fransadan Azərbaycana pul köçürmələri təxminən 90 % artıb

Ötən il Fransadan Azərbaycana fiziki şəxslər 11,787 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirib.

Xezerxeber.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, il ərzində bu rəqəm 88,47 % və ya 5,533 milyon ABŞ dolları artıb.

Ölkəyə pul köçürmələrinin ümumi həcmində Fransanın payı 1,1 % təşkil edib.

Öz növbəsində, Azərbaycandan Fransaya pul köçürmələri 25,17 % artaraq 7,693 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycana xarici ölkələrdən fiziki şəxslər tərəfindən 1,082 milyard ABŞ dolları (-34,56 %) məbləğində pul köçürmələri həyata keçirilib, Azərbaycandan xarici ölkələrə isə pul köçürmələri 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib.

2023-cü ildə Fransadan Azərbaycana pul köçürmələrinin həcmi 6,254 milyon ABŞ dolları, xarici ölkələrdən edilən köçürmələrin ümumi həcmi isə 1,654 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə Azərbaycandan Fransaya 6,146 milyon ABŞ dolları, ümumilikdə isə xarici ölkələrə 550,126 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

Rubrikanın digər xəbərləri

Xırdalanda gənc qız itkin düşüb
Xırdalanda gənc qız itkin düşüb FOTO
19:48 • 23 Mart 2025
Sabirabadda 3 otaqlı evdə
Sabirabadda 3 otaqlı evdə YANĞIN
14:48 • 22 Mart 2025
Bakıda evdə
Bakıda evdə YANĞIN
14:04 • 21 Mart 2025
Bakıda evdən 20 min manatlıq
Bakıda evdən 20 min manatlıq
12:48 • 21 Mart 2025
Ağsuda
Ağsuda ZƏLZƏLƏ
09:11 • 21 Mart 2025

Xəbər lenti