Xəzər Xəbər

İlaxır çərşənbədə 6 uşaq tonqala düşüb

Hadisə | 11:00 • 19 Mart 2025
İlaxır çərşənbədə 6 uşaq tonqala düşüb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 18-də saat 19:30 radələrindən etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

“Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. 2 azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.

Xəbər lenti