Xəzər Xəbər

Xızı rayonunun prokuroru qəzaya düşüb

Hadisə | 12:08 • 17 Mart 2025
Xızı rayonunun prokuroru qəzaya düşüb

Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir kİ, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.

Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti