5.01.2025-ci il tarixində saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.