Xəzər Xəbər

Xəzər dənizində növbəti ZƏLZƏLƏ Yenilənib

Hadisə | 09:51 • 31 Dekabr 2024
Xəzər dənizində növbəti ZƏLZƏLƏ

Xəzər dənizində maqnitudası 3 olan zəlzələ qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 06:46-da baş verib. Zəlzələ ocağı dənizin 30 kilometr dərinliyində yerləşib.

08:35
Yerli vaxtla saat 6:40-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 6-cı təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.

Xəbər lenti