Xəzər Xəbər

Bakıda iki qadın dəm qazından boğulublar

Hadisə | 10:43 • 12 Dekabr 2024
Bakıda iki qadın dəm qazından boğulublar

Bakıda iki qadın dəm qazından boğularaq həyatlarını itiriblər. 

Xezerxeber.az xəbər verir ki, hadisələrdən biri Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.

1966-cı il təvəllüdlü Vəfa İbrahimova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. 

Paytaxt sakini 32 yaşlı Elnurə Abbasova isə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar